Feysbuk paylaşımı HƏBSXANALIQ ETDİ

İsrail polisi Fələstinli bir adamı feysbuk paylaşımının yanlış tərcümə edilməsi səbəbindən nəzarətə alıb.
O, sadəcə sosial şəbəkədəki hesabında ərəb dilində “sabahınız xeyir” yazıb. Lakin bu ifadə ivrit dilinə “onlara hücum edin” kimi tərcümə edilib.
Adı açıqlanmayan adam bu ifadəni buldozerin yanındakı şəkli ilə paylaşıb.
Yerli polis ölkə mediasına bu məlumatı təsdiq edib və həmin şəxsin tikintidə işlədiyini, məsələ aydınlaşandan sonra isə azadlığa buraxıldığını deyib.
İsraildə nəşr edilən “The Times” qəzeti bu iki ifadə arasında bir hərf fərqinin olduğunu yazıb. Ərəbcə bilməyən polislər feysbukun avtomatik tərcümə xidmətindən istifadə ediblər. Nəticədə yanlış tərcümə, adamı həbsxanalıq edib.
Hadisədən sonra isə həmin paylaşım silinib.