​Feysbuk nüfuzunu itirdi: 60 milyard...

Baxış sayı:
3139

Feysbukun səhmləri son bir həftədə 60 milyard dollar dəyər itirib.
Muxalifet.az xəbər verir ki, buna Feysbukun məlumat mərkəzi olan Kembric Analitik şirkətindəki 50 milyon insanın məlumatlarının oğurlanmasından sonra əleyhinə başladılan kampaniya səbəb olub. Bununla da Feysbukun səhmlərinin ümumi dəyəri 11 faiz azalıb.
Qeyd edək ki, Kembric Analitik Şirkəti tərəfindən 50 milyon Feysbuk istifadəçisinin məlumatları qeyri-qanuni şəkildə istifadə edilib. Firma Donald Trampın seçki kampaniyasını internet üzərindən aparıb. Eyni zamanda, britaniyalı Breksit tərəfdarı olan siyasətçilərə soydaşlarını Avropa Birliyindən çıxmaqda inandırmaq məsələsində dəstəkləyib. Feysbuk məlumatlı olsa da, iki il ərzində bu qanun pozuntusu haqqında qərar verməyib. Məlumatın mediada yayılmasından sonra Votsapın qurucusu Brayan Ekton Tvitterdə #Feysbukusil həştəqi ilə kampaniya başladıb. Elon Mask da kampaniyaya qoşularaq rəhbəri olduğu “SpeysX" və "Tesla" şirkətlərinin Feysbuk səhifələrini silib.