​"Feysbuk" istifadəçilərinə BƏD XƏBƏR: Canlı yayım qadağan olundu

Baxış sayı:
325

“Feysbuk” canlı yayım açmağı qadağan edəcək.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, qadağa ictimai qaydaları kobud şəkildə pozan canlı yayımlara aiddir.
CNET texnologiya saytının xəbərinə görə, şirkət mart ayında Yeni Zelandiyadakı məscidlərdə gerçəkləşdirilən qətliamdan sonra bu qərarı verib. 51 nəfərin vəhşicəsinə öldürüldüyü həmin qətliamda cinayətkar əməllərini canlı yayım açmaqla bütün dünyaya nümayiş etdirmişdi.
Şirkətin nümayəndəsi Qay Rozen şəxsi bloqunda dərc etdiyi məqalədə bildirib ki, canlı yayım etməsi əngəllənən şəxslər “Feysbuk”un rekalam qoymaq xidmətlərindən də istifadə edə bilməyəcək. Qadağa bu gündən etibarən qüvvəyə minəcək.
“Feysbuk” video və canlı yayımlardan mənfi məqsədlərlə istifadə edənləri bloklamaq məqsədilə 7,5 milyon dollar dəyərində yeni texnologiya quracaq.