Fevralın 14-dən rezidenturaya sənəd qəbulu başlayır

Baxış sayı:
6538

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya ərizə qəbulu fevralın 14-dən 21-dək aparılacaq.
DİM-dən verilən məlumata görə, imtahana buraxılış vərəqəsinin çap edilməsinə aprelin 1-dən başlanılacaq və aprelin 6-dək davam edəcək. 
Qəbul imtahanının 1-ci mərhələsi - 7 aprel; 
Birinci mərhələdə müsabiqə şərtlərini ödəyən namizədlərin II mərhələ imtahanında iştirak etmək üçün qeydiyyatı – 3-10 iyun; 
İmtahana buraxılış vərəqəsinin çap edilməsi - 10-13 iyul; 
Qəbul imtahanının 2-ci mərhələsi -14 iyul; 
İxtisas seçimi -16 - 22 iyul; 
Qəbul olan namizədlərin qeydiyyatı - 29 iyul - 2 avqust; 
Boş qalan yerlərə ixtisas seçimi - 5-6 avqust; 
Boş qalan yerlərə qəbul olan namizədlərin qeydiyyatı - 8-9 avqust; 
Elektron sınaq imtahanı (baza fənləri üzrə üzrə) - 16 mart 
Elektron sınaq imtahanına qeydiyyat (baza fənləri üzrə üzrə) - 11-16 mart.