FETÖ-ya ABŞ-da soyuq duş: CİNAYƏT İŞİ BAŞLANDI

Baxış sayı:
6259

ABŞ-ın Kaliforniya ştatında Fetullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı müqaviləli məktəb “Bay Tech”-in direktoru Hayri Hatipoğlunun korrupsiya ilə ittiham olunduğu və regiondakı təhsil qurumunun hadisədən sonra məktəbdə istintaq başlatdığı bildirilib.
 
Regionda yayımlanan yerli qəzet “East Bay Ekspress”-də yer alan xəbərə görə, Oaklanddakı texnologiya məktəbinin direktoru Hayri Hatipoğlunun məktəbin idarə heyətinin onu dələduzluqla ittiham etməsindən sonra qəflətən istefa verib.
Sonra ortadan qeyb olan Türk mənşəli Hatipoğlu, vətəndaşı olduğu Avstraliyaya getdiyi bildirilib.
Korrupsiya iddiasının ortaya çıxmasından sonra Hatipoğlu ilə yanaşı, 4 yüksək səviyyəli səlahiyyətli və 2 məktəb heyəti üzvünün də birdən-birə işdən çıxdığı qeyd edilib.
“Bay Tech” məktəbinin yoxlanmasından məsul olan Oakland Birləşmiş Məktəb Bölgəsi (OUSD) də mövzu haqqında istintaqa başlayıb və məktəbin 3 idarə heyəti üzvünün Hatipoğlunu saxtakarlıqla günahlandırdığı bəlli olub.
Qeyd edək ki, idarə heyətinin üzvləri, Hatipoğlunun əl altından işə qəbul konvensiyasını dəyişdirdiyini və 3 illik staj təzminatını 450 min dollar olaraq dəyişdiyini iddia edir.
Müxalifət.az