FETÖ üzvlərinin ağılasığmaz inancları

Baxış sayı:
644

Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı açılan cinayət işinin istintaqı zamanı təşkilatın terrorçuluq fəaliyyətinə dair yeni faktlar üzə çıxıb.

Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, FETÖ-nun 15 iyul 2016-cı ildəki dövlət çevrilişi cəhdindən sonra Türkiyə Cümhuriyyəti təşkilat barədə 100 min səhifəlik istintaq işi başladıb.

Türkiyə hüquq-mühafizə orqanlarının istintaq zamanı təşkilatın üzvlərindən aldıqları məlumatlar maraqlı detalların aşkara çıxmasına səbəb olub. Bəlli olub ki, “söhbət abisi” olaraq adlandırılan şəxslər internetə qoşulmayan “kor bilgisayarlar” vasitəsilə şəbəkənin işini qurublar.

Təşkilat rəhbəri Fətullah Gülənin təlimatı əsasında üzvlər ciblərində 1 dollar gəzidiriblər. Guya bu pullar onlara uğur gətirəcəkmiş.

Üzvlərdən birinin dediyinə görə, hətta Fətullah Gülənin qeyri-adi gücə sahib olduğuna inandıqları üçün onun içdiyi bardaqdan qalan suyu “zəmzəm” sayıb içənlər də olub.

Üzvlər arasında məşhur simalar "Qalatasaray"lı Arif Ərdəm, Samanyolu TV-nin direktoru Hidayət Qaraca, "Zaman" qəzetinin yazarı Əli Ünal da yer alıb.