"FETÖ Türkiyədəki NATO GLADİOSUDUR" – Təhlükəsizlik eksperti

Baxış sayı:
7855

Türkiyənin təhlükəsizlik üzrə eksperti Mete Yarar Samsun Valiliyinin təşkil etdiyi paneldə önəmli xəbərdarlıq və mesajlar verib.
 
Mete Yarar "Əgər bu dövrü doğru oxuya bilməsək çevrilişdən sonra vətəndaş müharibəsi olacaq" deyən Yarar, "Türkiyədə çevrilişdən sonra bir vətəndaş müharibəsinin meydana gələ biləcəyi siyasi, iqtisadi, etnik və dini məzhəpsəl mövzuların hamısını qaşıyıb və bunun üzərinə fokuslandıqları bir dövr yaşatmağa çalışırlar" deyib.
Bu xüsusda 15 iyul çevrilişinin əsas aktyoru FETÖ-ya toxunan Mete Yarar, bunları söyləyib: “NATO-nun yalnız bir hərbi qurum deyil, eyni zamanda böyük bir kəşfiyyat qurumudur. FETÖ Türkiyədəki NATO gladio şəbəkəsinin eynisidir. Təhsili də eyni ilə oxşardır. FETÖ Türkiyədəki NATO gladiosudur. Diqqət yetirirsinizsə, 15 iyul çevriliş cəhdi bitdikdən sonra Türkiyənin NATO-dakı zabitlərini, xüsusilə NATO-ya bağlı dövlətlərdən biz geri ala bilmədik. Almaniya, Hollandiya, ABŞ, İngiltərə, Fransa, Norveç. Heç birindən geri ala bilmədik. NATO ölkəsində xidmət edən bütün FETÖ-çu zabitlər orada sığınacaq tələb etdilər və vəzifəyə davam etdilər".
Müxalifət.az