​FETÖ şəbəkəsinin Azərbaycan təmsilçisi yaxalandı

FETÖ şəbəkəsinin Azərbaycanda təşkilatlandırılmasında xüsusi rolu olan şəxslərdən biri Türkiyədə yaxalanıb.
Muxalifet.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, F.Y. adlı şəxs Türkiyəyə daxil olarkən hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
O, Ankara Terrorizmlə Mübarizə İdarəsinə təhvil verilib.