FETÖ layihəsini onlar təhvil aldı? - Araşdırma

Baxış sayı:
8299

Taha Dağlı - Haber7.com "Mötədil İslam" və "dinlər arası dialoq" layihəsinin baş icraçısı FETÖ idi. FETÖ bir qoldan terrorçu fəaliyyətlərini həyata keçirərkən, digər qoldan da içərisindən "cihad" kimi Qərbi qorxudan islamı anlayışların çıxardığı yeni bir din uydurub. FETÖ-nu idarə edən güc, bu işə Əl-Qaidə və İŞİD kimi terror təşkilatlarını ortaya çıxararaq başladı. Müsəlmanlar terrorçu, İslam də bir terror dini kimi göstərilib. Dərhal ardından "mötədil İslam" formulu bazara sürülüb. FETÖ əli ilə yeridilən bu formul hazırda Birləşmiş Ərəb Əmirliklərinin himayəsindəki kimi görünür. Papa BƏƏ-dəydi Papanın ilk dəfə bir körfəz ölkəsini ziyarət etməsi Müsəlmanlar üçün çox daha təəccüblü bir vəziyyət olaraq görülməyə bilər. Amma o səfərdə daha çox şey var. Nümunə olaraq ilk dəfə BƏƏ-nin baş imamı Əhməd Tayep ilə Papa arasında "qardaşlıq sənədi" imzalanıb. Sonra Papa yenə ilk dəfə BƏƏ-nin paytaxtı Abu Dabidə 135 min nəfərin iştirak etdiyi ayini idarə edib. Trampın 2017-nin mayında Ər- Riyad səfərində məşhur bir kürə pozası vardı. Orada radikalizmə qarşı savaş açılmışdı. Sonra BƏƏ nəzarətindəki Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın İslamda islahat prosesi başladığını gördük. Bu islahatın içərisində "döyüşsüz islam", "mülayim islam", dinlər arası tolerantlıq” kimi FETÖ-dan tanıdığımız terminlər var idi. Gəlinən nöqtədə BƏƏ Papa ilə bu layihənin rəsmi sənədini imzalayıb. Qərb Müsəlmanlardan qorxur. Əl-Qaidə və İŞİD kimi terror təşkilatları da bu qorxunun bəhanəsidir. İslamı yox edə bilməzlər, bunu bilirlər, amma başqa bir şeyə çevirə bilərlər. Məhz FETÖ da bunu edirdi. İndi bu layihənin əvvəlində BƏƏ də var. BƏƏ-nin başçısı Xəlifə bin Zayed sərt bir Türkiyə düşmənidir. Ərəb dünyasında eyni zamanda din düşməni kimi də tanınır. Hətta özünün ateist olduğunu deyənlər də var. Din düşməni BƏƏ-nin dinlər arası tolerantlıq layihəsində vəzifələndirdiyi şəxslərə də nəzər salaq. Layihənin ən təpəsindəki şəxs Əlcəzairli bir din adamı olan Abdullah bin Bayyahdır. Şeyx bin Bayyah əslində Müsəlman Qardaşlar məktəbindən gələn bir şəxsdir. Sünni islam dünyasının ən yüksək dini nüfuzu qəbul edilən Dünya Müsəlman Alimlər Birliyinin sədr müavinidir. Ancaq 2013-də Misirdə BƏƏ dəstəkli çevriliş olanda, o vəzifəsindən istefa edib. Şeyx bin Bayyah Müsəlman Alimlər Birliyinin sədri olan Yusif əl Kardavinin müavinidir. Bin Bayyahın vəzifə dəyişikliyindən sonra BƏƏ Müsəlman Alimlər Birliyini "terror təşkilatı", sədr Yusif əl Kardavini də "terrorçu" elan edib. Bin Bayyah Müsəlman Qardaşlar məktəbindən tamamilə ayılandan sonra 2014-də BƏƏ himayəsində qurulan “The Forum For Promoting Peace in Muslim Societies”, yəni “Müsəlman Cəmiyyətlərdə Sülhü Təşviq Forumu”nun başına keçdi. İndi sədri olduğu o forum dinlər arası dialoq layihəsinin baş aktyoru mövqeyindədir. BƏƏ-də bin Bayyahın başqa dinlər arası dialoq layihəsini aparan digər bir şəxs də Papa ilə qardaşlıq sənədini imzalayan Abu Dabinin baş imamı Əhməd Tayepdir. Tayepin də bu layihədəki vəzifəsi "yiyələnmiş islamı" yeni bir din olaraq Müsəlmanlara sırımaq və bu yeni dini qanuniləşdirməkdir. Xülasə, 2013-də Misirdə bir çevriliş oldu. O çevrilişdən sonra Müsəlman Qardaşlarına qarşı müharibə başlandı. İhvan məktəbi içərisindəki bir din adamı oradan çıxarılıb, dinlər arası dialoq layihəsinin başına gətirildi. Başqa sözlə, Qərb dünyası Müsəlman Qardaşların yanına Xristian, Yəhudi qardaşlar da əlavə edib, İhvan məktəbini məhv etməyi planlaşdırır. Çünki təhlükə İhvan-dır. Səbəbi sormaq istəsəniz, İhvan, terrorizmi heç vaxt içərisində saxlamamış bir qurumdur. Siyasi olaraq da QHT yönlərindən də güclüdür. Belə ki, bu gün Yaxın Şərqdə istədiyiniz ölkədə xalqın önünə seçki qutusu qoyun. Sadəcə müdaxilə etməyin. Azad şəraitdə seçki keçirin. Görəcəksiniz ki, o qutudan mütləq ihvan nümayəndələri çıxacaq. Yaxın Şərqdə demokratik şəraitdə çox az seçki keçirilib. Bir neçə nümunə verək. 2006 Fələstin seçkisi, ya da 2012 Misir seçkisi, bunların hamısında İhvan nümayəndələri qələbə çalıb. Məhz qorxunun səbəblərindən biri budur. BƏƏ-də onlar kimilərinə deyirlər ki, "sənin ölkəndə də həqiqi mənada seçki keçirilsə, İhvan gələr, taxtı itirərsən". Bu üzdən BƏƏ kimilərini asanlıqla başlarını qoltuq altına alıb, islamla döyüşlərində silah kimi istifadə edirlər. Papanın BƏƏ səfəri ilə bu layihədə yeni bir prosesin startı verilmiş oldu. BƏƏ-dən sonra bu mentalitet Səudiyyə Ərəbistanı, digər körfəz ölkələrini və nəhayət bütün islam coğrafiyasını dini cəhətdən də işğal etməyi qarşısına məqsəd qoyur. Unutmayaq ki, Roma Papası Vatikanın nümayəndəsidir, Vatikan Katoliklərin mərkəzidir. Evangelistlər Sionistlərlə əməkdaşlıq edir və Xristianlığın protestant məzhəbindəndir. Bu iki məzhəb arasında müxtəlif fikir ayrılıqları yaşanır. Amma öz içlərisində hansı davaları edərlərsə etsinlər, ortaq cəhətləri "islamla müharibə etməkdir", çümki kafirlər tək millətdir. Hazırladı: Müxalifət.az