​FETÖ hücuma hazırlaşır: SENSASİYALI SUİ-QƏSDLƏR...

Baxış sayı:
4054

FETÖ-nun sui-qəsd qrupları sensasiyalı planlar qurub.
Muxalifət.az xəbər verir ki, bu barədə türkiyəli keçmiş hərbi prokuror Əhməd Zəki Üçox danışıb. Keçmiş hərbi prokurorun sözlərinə görə, FETÖ həmin sui-qəsd qruplarına Makedoniya və Kosovoda təlim keçib.
“Siyasət adamlarına, əhəmiyyətli qeyri-hökumət təşkilatlarının nümayəndələrinə, din adamlarına, idman rəhbərlərinə, sənətçilərə qarşı hücumlar həyata keçiriləcək. Bildiyim qədəri ilə qarşıdakı bir neçə ay ərzində bunlar baş tutacaq”, - ekspert deyib.
Qeyd edək ki, Əhməd Zəki Üçox bir qədər əvvəl də FETÖ-nun xarici əks-kəşfiyyat idarələri nümayəndələrinin də iştirakı ilə Kosovada yerləşən fermada sui-qəsdçilərə təlim keçdiyini bildirmişdi.