FETÖ-dan Türkiyəyə alçaq xəyanət

Baxış sayı:
1765

General Hafter qüvvələrinin Liviyadaki bu ağır zərbə almasından sonra derin əlaqə bağları yeniden gün üzünə çıxıb. FETÖ çoxu BƏƏ ve Səudiyyə Ərəbistanı tərəfindən məliyyələşən media qurumları Türkiyənin Liviyada gizli vəzifədə olduğunu iddia etdiyi dövlət vəzifəlilərini hədəf göstərib. Fərari FETÖ-çu Yavuz Baydar rəhbərlik etdiyi saytda, Liviyada fəaliyyət göstərən Türkiyə kəşfiyyat və ordu əməkdaşlarının adlarını və vəzifələrini paylaşıb.
 
ŞƏKİLLƏRİNİ PAYLAŞDI
 
FETÖ-nun bağlanılan yayım orqanı “Today's Zaman”ın baş redaktoru Abdullah Bozkurt bununla da kifayətlənməyib. Sosial media hesabından TSQ-də vəzifəli generalların da aralarında olduğu şəxslərin pasport kopiyaları ilə hərbi formada fotoşəkillərini yayımlayıb. Bu şəxslərin əvvəlki vəzifələri haqqında detallı məlumatlar da paylaşan Bozkurt, bu xəyanətini daha da irəliyə daşıyıb. Bozkurt Liviyada olan Türkiyə vətəndaşlarının pasportlarını və şəxsiyyətlərini gizlətdiyini iddia edərək bütün Türkləri açıq hədəf halına gətirib. Bozkurtun bu xəyanət mesajları bir çox FETÖ-çu tərəfindən də paylaşılıb.
Müxalifət.az