FETÖ-dan Əkrəm İmamoğluna xəbərdarlıq: Ərdoğana kəfən geyindirəcəyik

Baxış sayı:
12037

FETÖ-çu Əmrə Uslu yayımladığı bir video ilə CHP-nin İstanbul namizədi Əkrəm İmamoğlunun 31 mart seçkilərində FETÖ camaatı sayəsində gündəmə gəldiyini söyləyərək xəbərdarlıq edib. PKK-li Duran Qalxan və Bese Hozatdan sonra İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğluna bir xəbərdarlıq da FETÖ-çu Əmrə Uslu-dan gəlib. Uslu yayımladığı video ilə İmamoğluna "İpin əlimizdədir" mesajını verib. FETÖ-nun sosial mediadakı tətikçilərindən Əmrə Uslu, yayımladığı bir video ilə Əkrəm İmamoğlunun aldığı səslərdə ən az HDP qədər FETÖ-nun da qatqısının olduğunu söyləyib. "Əkrəm İmamoğlu bizim səslərimizlə qalib gəldi" dedi Uslu videosunda, "Haradan baxsanız, baxın, Əkrəm İmamoğlunun 31 martda qalib gəlməsində camaatın (FETÖçilərin) səsi ən az kürdlərin səsi qədər strateji olmuşdur" deyə söyləyib. "Kürdlər və camaat səs verməsə, Əkrəm İmamoğlu bu gün gündəm belə olmayacaq" FETÖ olmasa, İmamoğlunun gündəm belə ola bilməyəcəyini ifadə edən Uslu, sözlərini belə davam etdirib: "Kürdlər və camaat səs verməsə, Əkrəm İmamoğlu bu gün gündəm belə olmayacaq. Yalnız camaat üçün deyil, Türkiyə üçün gözəl olacaq. Çox gözəl olacaq. Bu dəli köynəyini çıxarıb, atacağıq. Mümkünsə, Ərdoğan diktatorunun kürəyinə kəfən olaraq geydirəcəyik". Müxalifət.az