FETO-çulardan FÖVQƏLADƏ TOPLANTI

Daxildə və xaricdə aldığı zərbələrdən böyük itkilərə məruz qaln FETÖ-nun başbilənləri ABŞ-da keçirdikləri fövqəladə toplantıda süquta uğramamağın yollarını arayıblar. Kəşfiyyat məlumatlarına görə, bu toplantıda təşkilatın Türkiyə imamlığına Mustafa Özcan, ABŞ imamlığına isə Şərif Əli Tekalan gətirilib.
 
Xüsusi xidmət orqanlarının hesabatına görə, həm FETÖ-nun,  həm də başçısı Fətullah Gülənin sağlamlığının pozulması, təşkilatın dünyadakı imicinin getdikcə terrorla əlaqələndirilməsi şəbəkə daxilində böyük “panika” yaradıb. FETÖ-nun süqutunun qarşısını almaq üçün təşkilatın başbilənləri ABŞ-da həlledici görüş keçirib. İclasda təşkilatın gələcəyinə dair rəhbərlik səviyyəsində bəzi qərarlar qəbul olunub. Təşkilatın ABŞ imamlığına keçmiş Fatih Universitetinin rektoru, fərari Şərif Əli Tekalan, Türkiyə imamlığına isə Mustafa Özcan gətirilib. Fətullah Gülən ölmədən belə bir qərarın alınmasının təşkilat içində ciddi təpkilərə və parçalanmalara səbəb olduğu bildirilib.
Müxalifət.az