FETÖ-çular Türkiyəyə qaytarılacaqlar: Yeni baş nazirdən açıqlama

Baxış sayı:
10162

Yunanıstanın yeni baş naziri Kiryakos Miçotakis maraqla gözlənilən FETÖ həmləsi ilə bağlı ilk açıqlamasını edib.
 
Sığınmaçılar mövzusundakı milli siyasətlərini dəyişdirəcəklərini söyləyən Miçotakis, sığınma haqqına sahib olmayanların Türkiyəyə qaytarılacağını söyləyib.
Milli sığınma siyasəti ilə əlaqədar münasibət bildirən Yunan baş nazir, Dublin Müqaviləsinin islahata ehtiyacının olduğu və AB üzvü ölkələrin sığınmacılarla bağlı siyasətlərinin uyğun hala gətirilməsinə ehtiyac duyulduğunu dilə gətirib.
Miçotakis, "Ancaq bunun dərhal həyata keçirilməsi mümkün olmadığı üçün biz sığınmaçıların haqqı tanınması mövzusundakı milli siyasətimizi dərhal dəyişdirəcəyik və prosesi sadələşdirəcəyik. Bu şəkildə proses daha sürətli işləyəcək və daha təsirli olacaq. Beləliklə sığınmaçı haqqına sahib olanlar Yunanıstanda qalmağa davam edəcək, ancaq bu haqqa sahib olmayanlar isə AB-Türkiyə razılaşması çərçivəsində Türkiyəyə qaytarılacaqlar" deyib.
Müxalifət.az