FETÖ-çu basketbolçu qovuldu: Enes Kanterə soyuq duş

Baxış sayı:
14440

“New York Knicks” basketbol komandasının Fetullah Gülənə yaxınlığı ilə bilinən NBA basketbolçusu Enes Kanter ilə yollarını ayırdığı iddia edilib.
 
Bu barədə İdman kanalı “ESPN”-nin müxbiri Adrian Wojnarowski etdiyi açıqlamada məlumat verib.
Son günlərdə ABŞ mətbuatına verdiyi açıqlamalarla Türkiyəni qaralayan Kanter, komandasının son 8 matçının 6-da heyətdə iştirak etməmişdi.
İdman camiəsində Kanterin komandasında son zamanlar yaxşı formada olmadığı da deyilirdi.
Ayrıca İstanbul Prokurorluğu FETÖ-ya yönəlik istintaq çərçivəsində, fərari basketbolçu Enes Kanter haqqında “silahlı terror təşkilatına üzv olmaq'' ittihamından onun Türkiyəyə verilməsi tələbnaməsi təşkil edilərək qırmızı bülleten çıxarılması üçün müraciət etmişdi.
Müxalifət.az