Ferqyuson Həbibi qorxaq adlandırdı

Baxış sayı:
9613

MMA döyüşçüsü Toni Ferqyuson Konor Makqreqorla Həbib Nurməhəmmədov arasında mümkün döyüş barədə fikirlərini açıqlayıb.
Amerikalı idmançı twetter hesabında yerləşdirdiyi şərhdə Konorla Həbibi idmana sadiq olmamalarında ittiham edib. 
“Konor, sən təslim oldun və qancıq kimi qaçdın. İndi isə mənə məxsus döyüşü əlimdən almağa çalışırsan. Həbib sən isə axmaqsan, hazırlaş. Bəsdir məndən gizləndin qorxaq. Sizin idmana sadiqliyiniz yoxdur. Yalnız mən burada çempionam, əsl çempionam”, - deyə o vurğulayıb.
Qeyd edək ki, martın 14-də Ferqyuson Twitter-də Həbib Nurməhəmmədovla döyüşmək istədiyini açıqlayıb. Buna cavab olaraq rusiyalı idmançı ona siqaret çəkməməyi məsləhət görüb.