Ferqüssonun saqqızı şok qiymətə satıldı

Baxış sayı:
640

"Mançester Yunayted" klubunun sabiq baş məşqçisi Aleks Ferqüssonun son matçda çeynədiyi saqqız onlayn alış-veriş saytında 517 min dollara satılıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Hürriyyət” yayıb.

Məlumata görə, əldə olunan vəsait MY-nın xeyriyyə fonduna köçürüləcək.

Qeyd edək ki, Aleks həmin saqqızı 19 may 2013-cü ildə "Vest Bromviç"ə qarşı keçirilən (5:5) oyun zamanı çeynəyib.