​Fernando Alonso: Bakıda bəzi pilotlar çox aqressiv idi

Baxış sayı:
6295

“Maklaren”in pilotu Fernando Alonso Formula 1-in digər pilotlarını birinci dövrədə daha səliqəli mübarizə aparmağa dəvət edib.
Muxalifet.az xəbər verir ki, ispaniyalı pilotun Azərbaycan Qran-Prisi zamanı Sergey Sirotkin və Niko Hülkenbrqlə insidenti olub. İnsident zamanı hər üç pilotun bolidi bir-biri ilə toqquşub. Nəticədə F.Alonsonun bolidinin alt hissəsi zədələnib və o, faktiki olaraq, iki təkər üstündə özünü bokslara çatdırmağa müvəffəq olub, sonra yürüşü davam etdirib və hətta finişə yeddinci gəlib.
F.Alonso deyib: “Zənnimcə, başqa cür hərəkət etmək də olardı. Birinci dövrədə heç kim pelotonun ortasında sürəti azaltmır. Qəza vəziyyəti göz qabağındadır, amma onlar ayaqlarını əyləcdən ayırmaqdansa, toqquşmağa üstünlük verirlər.
Bakı trasında bir cərgədə üç bolid gedirdi, onlar bir-birinə getdikcə daha sıx yaxınlaşır, amma sürəti azaltmaq istəmirdilər. Özü də mən artıq daxili trayektoriyanı tutmuşdum, nəticədə bolidim iki yerdən deşildi.
Birinci dövrədə bəzi yürüşçülər özlərini çox aqressiv apardılar. Sanki yürüş bir dövrədən ibarət idi. Adama ağır gəlir. Axı nəticədə bəzi pilotların çıxışları korlandı. Odur ki, biz təsnifat yarışlarında ikinci və ya üçüncü dövrəyə yetişməyə çalışmalıyıq”.