Fermada 2 yaşlı uşaq kimyəvi məhlul içərək ölüb

Ağsu rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.
 
Hadisə rayonun Muradlı kəndində yerləşən, sahibkar Vaqif İbrahimova məxsus mal-qara fermasında baş verib. Fermada müvəqqəti yaşayan və çobanlıq edən İsmayıllı rayon sakini Şirinov Ramal Əmrşah oğlunun övladı, 2016-cı il təvəllüdlü Şirinova Ulduz Ramal qızı plastik qabda olan və xəstə mal-qaranı dezinfeksiya etmək üçün istifadə edilən niastol adlı kimyəvi məhlulu içib.
 Valideynləri hadisədən gec xəbər tutduğu üçün uşağın halı pisləşib və azyaşlı zəhərlənmə diaqnozu ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibbi yardım göstərilməsinə baxmayaraq, uşaq dünyasını dəyişib.
 Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.