Federasiyanın vitse-prezidentindən ŞOK sözlər: “Vətən, nə gündəsən?” - FOTO

Baxış sayı:
2296

Azərbaycan Kunq Fu Federasiyasının (AKFF) İctimaiyyətlə əlaqələr üzrə vitse-prezidenti, iş adamı Tural Alişanlı "facebook” hesabı vasitəsi ilə ölkəni təhqir edib.
T.Alişanlının yazdığı "Səni sevmək çətindir ,Vətən, nə gündəsən?!” statusu təəccüblə qarşılanıb. 
Alişanlıdan belə bir status yazmağının səbəbi soruşulsa da o cavab verməkdən boyun qaçırıb.
Federasiya rəsmisi narazılıqlardan sonra yazdığı statusu silib. 
Qeyd edək ki, Azərbaycan Kunq Fu Federasiyasının prezidenti, rəis müavini, polis kapitanı Nurlan Aslanovdur.