FED uçot dərəcəsinə yenidən baxacaq

Bu gün ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsinə növbəti dəfə baxacaq.
 
İyunun 13-14-də keçirəcək iclasda uçot dərəcəsini artırması ehtimalı yüksəkdir. Amma artıq bir neçə gündür dolların məzənnəsi əksər valyutalarla müqayisədə ucuzlaşması davam edir.
Məlumata görə, dolların ucuzlaşmasına səbəb ABŞ Prezidenti Donald Trampın dolların ucuzlaşmasını dəstəkləməsidir.
Bu barədə açıqlama xarici valyutalar üzrə ekspert Duqlas Bortvik (Douglas Borthwick) tərəfindən verilib. O bildirib ki, D.Trampın bu ilin yanvar ayının 1-dən rəsmi olaraq fəaliyyətinə başlamasından indiyədək dollar ucuzlaşır. Buna səbəb isə ABŞ prezidentinin dolların ucuzlaşmasını dəstəkləməklə ABŞ-ın ixrac potensialını artırmasıdır.
Qeyd edək ki, Donald Trampın inauqurasiya günü 101 bənd təşkil edən dollar indeksi hazırda 97-ə bərabərdir.