Fədayə Laçınla birlikdə həbs edilən polkovnik azadlığa çıxdı

Baxış sayı:
18460

Dustaqların qaçmasına görə həbs edilən polkovnik azadlığa çıxıb. .Muxalifet.az Musavat.com-a istinadən xəbər verir ki, səs-küylü işə görə həbs edilən Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev oktyabrın 5-də azadlığa buraxılıb. 2017-ci ildə həbs edilən polkovnik cəzasının 2/3 hissəsini çəkdiyi üçün azadlığa buraxılıb. Polkovnik 1 saylı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb. Bəhruz Abdullayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsi isə ötən ay polkovnikin cəzasını 3 ilə endirmişdi.