“Fazil Mustafa, sən kimsən? Qələm tutan barmaqların, danısan dilin yanar” – Fəzail Ağamalıdan SƏRT SÖZLƏR

Baxış sayı:
6465

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın görkəmli dövlət xadimi  Şah İsmayıl Xətainin adına olan medalın ləğv edilməsi barədə çağırışından sonra yaranan qalmaqal səngimək bilmir. 
Bir neçə həmkarlarının iradına partuya sədrinin kəskin reaksiyası müzakirələri bir qədər də genişləndirib. 
Bu gün Ana Vətən partiyasının sədri, millət vəkili Fəzail Ağamalı məsələyə yenidən münasibət bildirib və Fazil Mustafanı kəskin tənqid edib. 
BakuPost məsələnin aktuallığını nəzərə alaraq, F.Ağamalının açıqlamasını təqdim edir:  
"Fazil Mustafanın mənim haqqımda dediyi sözlərə cavab verməyə ehtiyac duymuram. Göründüyü kimi, F.Mustafanın özündən razı və kifayət qədər dolaşıq məntiqə söykənən yazıları, şərhləri sosial şəbəkədə ikrahla qarşılandı və tam əminlik yaratdı ki, Fazil Müstafadan fərqli olaraq millətimiz öz tarixinin sahibidir. Sübut olundu ki, bizlər tariximizi, tarixi şəxsiyyətlərimizi topa-tüfəngə tutanlarla bərabər deyilik, əksinə onlara həssas və sayqıilə yanaşan, onları haqsız hücumlardan qorumağı bacaran bütün türk soyunun dəyərli övladlarıyıq. 
Bizim üçün Metedən və Atilldan başlamış, Babək də, Toğrul bəy də, Şəmsəddin Eldəgiz də, Çingiz Xan da, Osmanlı İmperiyasının dəyərli Sultanları da, Teymurləng də, Uzun Həsən də, Şah İsmayıl Xətai də, Nadir Şah da, Ağa Məhəmməd Şah Qcar da, Nuru Paşa da, Mustafa Kamal Ata Türk də, Azərbaycan Xalq Cumhuriyyətinin yaradıcıları olan M.Ə Rəsulzadə, Ə. Topçubaşov, F.Xoski də, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev də hörmətə, sevgiyə layiq böyük və əvəzsiz tarixi şəxsiyyətlərimizdir.
Onlara toxunmaq, onları addımbaşı, haqsız yerə təftiş etmək yol verilməzdir, tariximizə xəyanətdir. Edərsən, əllərin, qələm tutan barmaqların, danısan dilin yanar.
Həm də sual olunur: axı sən bu tarixi şəxsiyyətlərlə müqayisədə doğrudan- doğruya kimsən!?”