FAZİL MƏMMƏDOVUN BAŞÇI YEZNƏSİ MƏTBUATIN HƏDƏFİNDƏ – Xaləddin İsgəndərov ötən həftənin “media qəhrəmanı” seçildi

 Gədəbəyin icra başçısı  Ramiz Yediyarov və Xətainin başçısı Razim Məmmədov isə siyahıda ikinci və üçüncü yeri tuturlar

Baxış sayı:
10821

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
 
Beləliklə, 04-10 dekabr tarixində mətbuatda adı ən çox adı hallanan icra başçıları arasında 1-ci yeri “Fazil Məmmədov rüzgarınının ilk laxladacağı şəxslər - Xaləddin İskəndərov, Alimpaşa Məmmədov…”“Daha bir icra başçısı üçün yolun sonu göründü” başlıqlı  2 məqalənin 18 saytda yayılması ilə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov olmuşdur.
 
Hesabat dövründə mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 2-ci yeri isə “Gədəbəyin icra başçısı Ramiz Yediyarov sahibkarı müxalifətçi adı ilə ZƏRƏRSİZLƏŞDİRMƏK İSTƏYİR – ŞİKAYƏT” “Başçı inadından dönmür” adlı 2 məqalənin 15 elektron KİV-də yayılmasıyla Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yadiyarov tutur.
 
Nəhayət, mətbuatda adı ən çox adı hallanan icra hakimiyyəti başçıları arasında 3-ci yeri isə ““Fövqəlqüvvə” Bakıda yolun ortasını aldı, ağacları kəsdi, sakinləri hədələdi…”“Xətai rayonunda ağac soyqırımı: İcra başçısı bağı məhv etdirdi” adlı 2 məqalənin 9 elektron KİV-də yayılması ilə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov tutur.
 
Muxalifet.az