Fazil Məmmədovdan yeni xəbər var

Baxış sayı:
976

Uzun müddətdir xəstəliyilə gündəmdə olan, hətta bu ilin fevralında “öldü” xəbəri yayılan sabiq Vergilər naziri Fazil Məmmədov sözün əsl mənasında əzrayıla “qalib” gəlib. Bu mənada ki, aparılan çoxsaylı müayinə və müalicələr öz effektini verib, keçmiş nazir əvvəlki həyatını öz axarı ilə yaşamaqda davam edir.

Muxalifet.az xəbər verir ki, Gəncədəki mənbənin Modern.az-a bildirdiyinə görə, F.Məmmədov mütəmadi olaraq Gəncə Beynəlxalq Xəstəxanasında olur, müayinələrdən keçir. Amma hazırda sağlamlığı tam olaraq yaxşıdır, Bakıda öz biznesilə məşğuldur.

Qeyd edək ki, uzunmüddətli müalicə prosesindən sonra sağlığına qovuşan eks-Vergilər naziri Fazil Məmmədovun səhhəti yenidən pisləşdiyindən bu ilin iyun ayında qastrit diaqnozu ilə Gəncə Beynəlxalq Xəstəxanasına  yerləşdirilmişdi. Vəziyyəti ağırlaşan F.Məmmədov daha sonra Almaniyanın “Heidelberg” xəstəxanasında mədə əməliyyatı keçirmişdi.