Fazil Məmmədov yenidən əməliyyat olundu - BU DƏFƏ GƏNCƏDƏ

Baxış sayı:
7024

Sabiq vergilər naziri Fazil Məmmədov yenidən əməliyyat olunub.

Muxalifet.az BakuPost-a istinadən xəbər verir ki, əməliyyat Gəncə Beynəlxalq Xəstəxanasında baş tutub. Nazirin pankreatitdən əziyyət çəkdiyi, bu səbəbdən də əməliyyat keçirdiyi bildirilir. Məlumata görə, eks-nazirin ağır xəstəliklər keçirməsinə, bundan əvvəlki əməliyyatına və bədənin ümumi zəifliyinə görə budəfəki cərrahi müdaxilə riskli olub. Həkimlər onun əməliyyat vaxtı həyatını itirə biləcəyini deyiblər. Amma əməliyyat uğurlu olub. Hazırda onun vəziyyətinin stabil olduğu deyilir.

Pankreatit mədəaltı vəzinin iltihabi xəstəliyidir.

Xatırladaq ki, keçmiş nazir may ayında sözügedən xəstəxanada açıq ürək əməliyyatı keçirmişdi.

F. Məmmədov 2000-ci il fevral ayının 11-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Naziri təyin edilib. 5 dekabr 2017-ci ildə həmin vəzifədən vəzifəsindən azad edilib.