​Fazil Məmmədov təyyarəsini banka girov qoyub

Baxış sayı:
1001

Təqribən ay yarım əvvəl işdən azad olunan vergilər naziri Fazil Məmmədovun əmlakları, biznes sahələri barədə mütəmadı ölkə mediasında müxtəlif xəbərlər yer alır. Onun müxtəlif şirkətləri, mənzilləri, villalları, lüks avtomobilləri, hətta təyyarəsinin belə olması barədə ölkə mətbuatında müxtəlif yazılar dərc edilır.
Muxalifet.az xəbər verir ki, sabiq nazirlə bağlı azfakt.com-a daxil olan məlumata görə, həqiqətən də Fazil Məmmədov bir neçə il əvvəl özünə "Qolfstrim” təyyarəsi alıb.
Sabiq nazirin ailəsinə yaxın olan şəxslərdən birinin verdiyi məlumatda qeyd edilir ki, Fazil Məmmədovun "Qolfstrim” təyyarəsi hazırda ölkədə fəaliyyət göstərən banklardan birində kredit girovluğundadır. Məlumata görə, Fazil Məmmədov vergilər naziri işlədiyi dövrdə şəxsi təyyarəsini külli miqdarda kredit qarşılığında girov qoyub. Hazırda isə həmin kreditin qaytarılmasında problemlər yaranıb.