​Fazil Məmmədov "MTN-nin adamı"nı işdən qovdu

Azərbaycan Vergilər Nazirliyinin baş idarə rəisi işdən çıxarılıb.
APA-nın məlumatına görə,  Vergilər Nazirliyinin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi Vidadi Məmmədov vəzifəsindən azad edilib.
Hazırda Vergilər Nazirliyinin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi vəzifəsini Ramiz Ağayev icra edir.
Nazirliyin ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat almaq mümkün olmayıb.
Vergilər Nazirliyinin  Vidadi Məmmədov da MTN-nin Antiterror Mərkəzinin keçmiş rəis müavini, hazırda həbsdə olan İlqar Əliyevlə iş birliyi ilə bağlı məlumatlar var.
Bu barədə İstiqlal.az-a daxil olan məlumatda deyilir ki, Vidadi Məmmədov biznesmenlərdən vergidən əlavə pul ala bilməyəndə dərhal həmin iş adamı haqqında məlumatları İlqar Əliyevə ötürürmüş. İlqar Əliyev şantaj yolu ilə həmin biznesmenləri soyurmuş.  Pul verməkdən boyun qaçıran sünni dindarlar isə Əl-Qaidə üzvü kimi göstərilməklə şantaj edilir və iş İlqar Əliyevə həvalə olunurmuş. "Mən şəxsən şahidi olmuşam ki, hər həftənin şənbə günü axşam saatlarında İlqar Əliyev və Vidadi Məmmədovla kabinetində görüşür və müzakirələr aparırıdılar”,-deyə məlumatı verən mənbə bildirib.