​Fazil Məmmədov istefa verdi

Baxış sayı:
2341

Fazil Məmmədov Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti vəzifəsindən ayrılıb. 
F.Məmmədov səhhəti ilə əlaqədar olaraq may ayında istefa ərizəsi yazıb. 
Prezident əvəzi isə I vitse-prezident vəzifəsində çalışan Namiq Əliyevdir.
Qeyd edək ki, sabiq vergilər naziri olan Fazil Məmmədov 2007-ci ildən Azərbaycan Güləş Federasiyasının prezidenti idi. O, həm də Azərbaycan Otüstü Hokkey və Azərbaycan Velosiped İdmanı federasiyalarına rəhbərlik edir.