Fatih Terimin cəzası ilə bağlı YENİ QƏRAR: "Fənərbaxça" ilə oyunda​...

Baxış sayı:
118

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Qalatasaray"ın baş məşqçisi Fatih Terimin 4 oyunluq cəzasını 3-ə endirib.

Muxalifet.az qol.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis, həmçinin 19 min yox, 13 min türk lirəsi cərimə ödəyəcək.
 
Beləliklə o, Türkiyə superliqasında  "Kasımpaşa", "Malatyaspor" və "Fənərbaxça" ilə oyunlarda texniki zonada yer ala bilməyəcək.

Qeyd edək ki, F.Terimin ölkə çempionatının 3-cü turunda  "Kayserispor"la matçdan  sonrakı açıqlaması idman qaydalarına zidd hesab edildiyi üçün o,  əvvəlcə 4 oyunluq cəzalandırılmışdı.