Fatih Terimin cəzası artırılıb, klub prezidenti hüquqlarından məhrum edildi

Baxış sayı:
292

Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi Fatih Terimin cəzası artırılıb.
"Report" Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, buna 65 yaşlı mütəxəssisin idmana yaraşmayan açıqlamaları səbəb olub. Terim həmçinin 14 min lirə məbləğində cərimələnib.
Qurum İstanbul təmsilçisinin prezidenti Mustafa Cengizi 60 günədək hüquqlarından məhrum edib və ona 40 min lirə pul cəzası kəsib.
"Qalatasaray" klubu isə rəsmi saytı vasitəsilə qeyri-etik açıqlamalar yayması səbəbindən 135 min lirə cərimələnib.
Qeyd edək ki, İntizam Komitəsi daha öncə Fatih Terimə Türkiyə Super Liqasının XI turunda "Fənərbağça" ilə matçda (2:2) baş verən hadisələrə görə 7 oyunluq cəza və 65 min lirə məbləğində cərimə tətbiq edib. Cəzalı oyunlarından birini çəkən baş məşqçi 9 oyun komandanın texniki zonasında yer ala bilməyəcək.