​Fatih Terim pulunu istəyir – 3.5 MİLYON AVRO...

Türkiyə milli komandasının sabiq baş məşqçisi Fatih Terim yerli futbol federasiyasına xəbərdarlıq edib.
64 yaşlı mütəxəssis vəzifəsindən müqaviləsi bitmədən göndərildiyi üçün təzminat tələb edir.
2013-cü ildə imzaladığı 5 illik müqaviləyə əsasən, Terimin illik qazancı 3,5 milyon avro olub. Bitiminə 16 ay qalmış müqaviləsi birtərəfli qaydada pozulan təcrübəli mütəxəssis 12 aylıq alacaqlarını tələb edib.
Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirörənlə Terim arasında iyulun 26-da keçirilmiş görüşdə müqavilənin birtərəfli qaydada pozulması qarşılığında 3,5 milyon avro təzminat ödənilməsinə dair razılıq əldə olunub. Aradan keçən 2 ay keçsə də ona hər hansı ödəniş edilməyib.
Qeyd edək ki, Fatih Terimə müqavilə üzrə qalan borc 4,66 milyon avrodur.