​Fatih Terim bu futbolçulardan imtina etdi

Baxış sayı:
745

Transfer çalışmalarını davam etdirən "Qalatasary" 3 əcnəbi futbolçusu ilə yollarını ayıra bilər.
Muxalifet.az türk mediasına istinadən xəbər verir ki, hazırda komandanın heyətində 12 legioner var. Bundan başqa Rayan Babellə də anlaşma əldə olunub. Bu səbəbdən klub bundan sonra heyətinə bir əcnəbi qata bilər.
Baş məşqçi Fatih Terim isə ən azı bir legioner qapıçı və bir hücumçunun alınmasını istəyir. Bu səbəbdən mütəxəssis Kostas Mitroğlu, Mbaye Diagne və Marianonun göndərilməsinə qərar verib.