Fateh Mehmet Sultanın “Qızıl alma” xəyalı: “Notr Dam” Kilsəsinin qülləsinə bayraq taxmaq

Baxış sayı:
6301

Türkiyənin tarixçi yazıçısı Murad Bardakçı İstanbul Fatehi Sultan 2-ci Mehmetin “Qızıl Alma” xəyalının Parisdəki “Notr Dam” Kilsənin zəng qüllələrinə Osmanlı bayrağını ucaltmaq olduğunu yazıb.
 
Fransanın paytaxtı Parisdə olan və şəhərin simvollarından sayılan 850 illik tarixə malik “Notr Dam” Kilsəsinin damında ötən gün yanğın baş verib. 8,5 saat davam edən yanğın sonda söndürülsə də, tarixi kilsə böyük zədə alıb.
 
Fathhin “Qızıl Alması”
 
 Habertürk-ün müəllifi Murad Bardakç, bugünkü yazısında Osmanlı padşahı Fateh Sultan Mehmetin “Qızıl Alma” xəyalının “Notr Dam” Kilsəsinin zəng qüllələrinə bayraq sancmaq olduğunu bildirib.
 Bardakçı-nın yazısından bəzi məqamlar:
“Parisin bu köşədə on beş gün əvvəl bəhs etdiyim məşhur “Notr Dam” Kilsəsi yazımın üstündən iki həftə keçəndən sonra cayır cayır yandı!
“Notr Dam” ilə Türk dünya hakimiyyəti xəyalının simvollarından olan "Qızıl Alma" arasında bir münasibətin olduğunu və Fateh Sultan Mehmetin “Qızıl Alma” xəyalının “Notr Dam” Kilsəsinin zəng qüllələrinə bayraq sancmaq olduğunu bilirmisiniz?
Əhməd Paşanın Fatehin əmri ilə 1480-də İtaliyanın cənubundakı Otrantoya etdiyi yürüş, hökmdarın o vaxtlar "Qırmızı Alma" - deyə tanınan Romaya hakim olma planının ilk mərhələsi idi. İldırım Bəyazidin "Atıma yemini Romadakı “San Pyer” Kilsəsinin mehrabında yedirdəcəyəm" dediyi məlum olurdu və Fatehin də o vaxta qədər Romada nəhayət tapan "Qızıl Alma" nın sərhədini Parisə qədər uzadıb, “Notr Dam” Kilsəsinin qüllələrinə öz bayrağını dikməkdən danışdığı bəyan edilmişdi.
Müxalifət.az