Faşist liderdən şok etiraf: Mən cinsi azlığı...

Britaniyada radikal-millətçi Milli Cəbhə Partiyasının liderlərindən biri olan Kevin Vilşou ictimaiyyətə yəhudi və homoseksual olduğunu açıqlayıb.
Bu barədə faşist lider yerli telekanallardan birində çıxışı zamanı bildirib. Vilşou anasının yəhudi, əsl adının isə Benjamin olduğunu açıqlayıb.
“Mən həqiqətən özümü çox günahkar hiss edirəm. Fəaliyyətimə görə ailəmdən də ayrı düşdüm. Bütün bunlardan qurtulmaq istəyirəm. Həddən artıq ağır yükdür”, - Vilşou bildirib.
Qeyd edək ki, Kevin Vilşou 80-ci illərdə Britaniyada kütləvi küçə nümayişləri təşkil edib.