​“Faşist döyməli” 18 yaşlı "zek"ə HÖKM OXUNDU

Baxış sayı:
4576

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan 18 yaşlı Seymur Osmanovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Virtualaz.org-un xəbərinə görə, əvvəllər məhkumluq həyatı yaşayan, 18 yaşını həbsxanada başa vuran S.Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, naməlum şəxs Ülvi Cuvarlının qarşısını kəsərək bıçaqla hədələyib, mobil telefonu əlinindən alıb. Zərərçəkən hadisə barədə yaxınlıqda xidmət aparan Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşlarına məlumat verib. Cinayəti törədən əvvəllər də məhkumluq həyatı yaşayan Seymur Osmanov hadisə yerindən bir neçə yüz metr kənarda saxlanılıb və Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Bölməsinə təhvil verilib. Onun quldurluq yolu ilə etdiyi mobil telefon və hadisə zamanı istifadə etdiyi bıçaq maddi sübut kimi götürülüb.
S.Osmanov ifadəsində deyib ki, zərərçəkmişi binanın həyətinə çəkib və dalaşıb: "Üstündəki pulu çıxardı. Dedim ki, pul qalsın, telefonu çıxar. Elə oradan mühafizə keçəndə başladı qışqırmağa. Mən də qaçdım oradan, bıçağı isə blokda gizlətdim. Gəlib 5-ci mərtəbədə tutdular”.
S.Osmanov Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq) maddəsi ilə ittiham irəli sürülüb. 18 yaşlı gənc bədəninin müxtəlif nahiyələrindəki döymələrlə də diqqət çəkib. Onun əlində isə "faşist döyməsi" var.
S.Osmanov "zek" ləqəbi ilə də tanınıb.