Faiq Ağayev deputat seçkilərində iştirak edəcək? - Özündən AÇIQLAMA

Baxış sayı:
3874

Sosial şəbəkədə bir neçə xalq artistinin adı Parlament seçkilərində hallanır. Ən çox adı hallanan ifaçılardan biri də Faiq Ağayevdir. 
Muxalifet.az xəbər verir ki, sənətçi bu haqda Azxəbər.com-a açıqlama verib.
O deyib ki, sosial şəbəkədə adının hallandığından xəbərdardır:
"Bu mənim üçün böyük bir etibar və inamdır. 31 ildir ki, səhnədəyəm, bu etibarı qazanmışamsa, nə xoş mənə. İnşallah seçkilər fevralda olacaq, hələ ki, zaman var. Qəti qərara gələndən sonra fikirlərimi bildirəcəm".