Fahişələr İtaliya hökumətini iki yerə böldü

Baxış sayı:
14329

İtaliyada hakimiyyətə gələn populistlər bir çox məsələlərdə toqquşublar.
 
“Bloomberg” agentlyinin məlumatına görə, əsas problemlər energetika, infrastruktur, regional muxtariyyat və nə qədər qəribə olsa da, fahişəliyin leqallaşdırılması məsələsidir.
 
“Şimal liqası” partiyasının lideri və ölkənin daxili işlər naziri Matteo Salvini “qapalı evlər”in (İtaliyada əxlaqsızlıq yuvaları belə adlanır) leqallaşıdırılmasının əleyhinə olmaıdğını və bu biznesin mafiyanın əlindən alınaraq yüngül əxlaq sahiblərinin küçələrdən yığışıdırılmasının vacibliyini söyləyib.
 
M. Salvini koalisiya ortaqları “5 ulduz hərəkatı”nın eyni düşüncədə olmadığını bildirib. Buna görə o, məsələni hökumətin gündəmindən çıxaracaqlarını xəbər edib.
 
Bundan başqa, partiyalar büdcə, qaz kəmərləri və qonşu ölkələrə münasibətlər məsələlələrində də kəskin ayrılığa düşüblər.
 
Ümumiyyətlə isə İtaliyda fahişəlik 1958-ci ildən qadağan olunub. Buna görə də qədim peşə sahibləri öz həyatlarını “boz zona” adlanan məkanlarda sürdürürlər./musavat.com