Facebookdan “şifrə' açıqlaması

Baxış sayı:
4039

Dünyaca məşhur sosial media platforması olan Facebook istifadəçilərin şifrələrinin düz mətn olaraq saxladığını açıqlayıb.
 
Facebook istifadəçilərinin milyonlarla parolu düz mətndə saxlanılır, ancaq şifrələr daxili serverlərdə saxlanılır və bu məlumatların xaricdən əldə edilə bilməyəcəyi ifadə edilib.
Açıqlamada, “Facebook işçilərinin bu məlumatların köçürülməsi, yaxud pis məqsədlə istifadəsinə yönəlik heç bir dəlil yoxdur” deyə bildirilib.
Kiber təhlükəsizlik mütəxəssisi Andrey Baryseviç parolların düz mətndə saxlanmasının doğru olmadığını və Facebook kimi böyük bir şirkətin parolları düz mətndə saxlamaq üçün etibarlı bir əsasının olmadığını söyləyib.
Qeyd edək ki, Facebook-da "Krebs on Security" blogunda təxminən 600 milyondan çox istifadəçinin parolları düz mətndə saxlanılıb.
Müxalifət.az