​“Facebook”da təhlükəsizlik gücləndirildi - SƏBƏB

Baxış sayı:
9292

“Facebook” sosial şəbəkəsi ehtimal olunan “Rusiya müdaxiləsi”nə görə informasiyaların qorunması tədbirlərini gücləndirib.
Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, bunu “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq deyib.
O bildirib ki, bu, 2016-cı ildə ABŞ-da prezident seçkilərindən sonra baş verib.
Zukerberq deyib: “Seçkilər dövründə, xüsusən Fransa və Almaniyada, ABŞ-da keçirilən 2016-cı il seçkilərindən sonra Rusiya tərəfdən gələ biləcək müdaxilələri nəzərə alaraq təhlükəsizliyi gücləndirmişik”.