Facebook və Instagram-da problem yaranıb

Baxış sayı:
1585

Facebook və Instagram-ın işində ciddi problemlər yaranıb.
 
Bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər yayıb.
 
Bildirilir ki, bir çox ölkələrdə istifadəçilər Facebook və Instagram-dan istifadə edə bilmirlər.
 
Ən çox Britaniya, Fransa, İtaliya, Yunanıstan və Çexiyadakı istifadəçilər şikəyət edirlər.
 
Qeyd edək ki, Azərbaycanda da bəzi istifadəçilər hazırda Facebook və Instagram-ın xidmətlərindən yararlana bilmirlər.