“Facebook”, “Twitter” və “Google” Senata çağırıldı

Oktyabrın 31-də “Facebook”, “Google” və “Twitter” şirkətlərinin təmsilçiləri ABŞ Senatının Hüquq komitəsində keçiriləcək dinləmələrdə iştirak edəcək.
Muxalifet.az-ın xəbərinə görə, bu barədə komitənin saytında məlumat verilib. İKT şirkətlərinin nümayəndələri “Rusiya işi” ilə bağlı dinləmələrdə çıxış edəcəklər.  
Tədbirə “Facebook”un baş hüquq məsləhətçisi Kolin Stretç, “Google”un hüquq-mühafizə məsələləri və informasiya təhlükəsizliyi üzrə direktoru Riçard Salqado, “Twitter”in baş hüquq məsləhətçisi vəzifəsini icra edən Şon Edjett qatılacaq.
Xatırladaq ki, qeyd olunan şirkətlər Rusiyanın ABŞ-dakı 2016-cı il prezident seçkilərinə müdaxiləsinə dair materialları Konqresə təqdim ediblər.