"Facebook" istifadəçiləri 2 milyarda çatdı
28-06-2017 07:48
Bu barədə şəbəkənin yaradıcısı Mark Sukerberq öz profilində yazıb
"Facebook" sosial şəbəkəsinin istifadəçiləri 2 milyard nəfərə çatıb.
Bu barədə şəbəkənin yaradıcısı Mark Sukerberq öz profilində yazıb.
"Bu gün səhərə olan vəziyyətə görə, "Facebook" üzvlərinin sayı 2 milyard nəfərə çatıb", - deyə o qeyd edib.
Sukerberq əlavə edib ki, "bu səyahətdə onlarla bir yerdə olmağına şaddır".