"Facebook", "Instagram" və "WhatsApp" ÇÖKDÜ

Baxış sayı:
638

Bu dəqiqələrdə "Facebook" və "Instagram" sosial şəbəkələrinin, eləcə də "WhatsApp" tətbiqinin fəaliyyətində problemlər yaranıb.
 
Muxalifet.az xəbər verir ki, hazırda sözügedən resurslara giriş mümkün deyil.
 
Azərbaycan da daxil olmaqla Rusiya, Ukrayna, Almaniya və bir sıra digər Avropa ölkələrinin istifadəçiləri sosial şəbəkələrlə bağlı problem yaşadıqlarını bildiriblər.
 
İstifadəçilərin 58%-i tətbiqlərə girişlə, 24% -i mesaj göndərməklə, 19%-i əlaqənin kəsilməsi ilə əlaqədar problemlərlə üzləşdiyini bildirir.