​"Facebook", "İnstagram" və "WhatsApp" birləşir - Təsdiq olundu

Baxış sayı:
7408

Mark Zukerberq "Facebook", "İnstagram" və "WhatsApp" tətbiqlərinin birləşəcəyi məlumatını təsdiqləyib.
Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, o, bu dəyişikliyin texniki məsələlər səbəbi ilə 2020-ci ildə baş tutacağını bildirib.
"Bu dəyişikliklərin baş tutması üçün həll etməyimiz lazım olan çoxlu sayda problemlər var və hazırda bunların üzərində işləyirik", - deyə Zukerberq vurğulayıb. 
Qeyd edək ki, bir neçə gün öncə "Facebook", "İnstagram" və "WhatsApp" tətbiqlərində ümumi bir sistem olaraq anlıq mesajlaşma sistemi üzərində işləməsi ilə bağlı məlumat yayılmışdı. Belə ki, tamamilə şifrələnmiş sistem ilə işləyən tətbiq vasitəsilə insanlar digər sistem üzərində olan dostlarına belə rahat mesaj göndərə biləcəklər.
Məsələn, bir "WhatsApp" istifadəçisinin "Facebook" hesabı olmasa belə, "WhatsApp" üzərindən "Facebook" şəbəkəsində olan insana rahatlıqla yaza biləcək.