​“F-35” qırıcısı uçan raket müdafiə sisteminə çevriləcək

Baxış sayı:
2794

ABŞ-ın “F-35 Lightning II” qırıcıları 2025-ci ilə kimi ballistik raketləri aşkarlaya, izləyə və zərərsizləşdirə bilən uçan raket müdafiə sisteminə çevriləcək.
Muxalifet.az xəbər verir ki, bu barədə “Breaking Defense” məlumat yayıb.
Bunun üçün hərbi təyyarədə ən müasir qəbul edici-ötürücülərin və silahların quraşdırılması planlaşdırılır.  
“Hesab edirəm ki,  bu konsepsiyanın əsaslarının tərtib olunmasına və “F-35” üçün sensorlar və sürətli RHM raketlərin hazırlanması, onların inteqrasiyası və təchizatına  altı-yeddi il tələb olunacaq”,- deyə Pentaqonun RHM bölməsinin rəisi general-leytenant Semuel Qrivz bildirib.