F-35-lərin istehsalçısından “Türkiyə” açıqlaması

Baxış sayı:
6253

ABŞ ilə Türkiyə arasında münasibətlərin gərilməsinə səbəb olan F-35-lərin istehsalçı şirkəti Lockheed Martının bir nömrəlişəxsi Marillyn Hewson açıqlama verib.
 
“Lockheed Martın” şirkətinin rəhbəri Marillyn Hewson Fransanın paytaxtı Parisdə təşkil edilən bir tədbirdə “Financial Times”-a açıqlama verib.
Hewson ABŞ ilə Türkiyə arasında yaşanan böhranla bağlı sualları cavablandırıb. Hewson şirkətinin Türkiyədəki işləri haqqında açıqlama verməkdən çəkinib. “Lockheed Martın” şirkətinin rəhbəri aralarında Türkiyənin də olduğu fərqli ölkələrin ortaq maliyyələşdirdiyi və Türk şirkətlərin də eniş komanda ilə birlikdə, təyyarənin gövdəsini çıxardığı F-35-lərin istehsalının davam etdiyini söyləyib. Hewson "İstehsal zəncirində ola biləcək hər hansı bir riski ən aşağı səviyyəyə endirmə variantları üzərində çalışırıq" deyib.
Türkiyədəki tədarükçülərin F-35-lərin sifarişi ilə çalışdığını dilə gətirən Hewson, “Lockheed Martın” şirkətinin Türkiyəyə yeni sifariş verib verməyəcəyi mövzusunda da dəqiq bir açıqlama verməyib. Hewson "Lockheed Martın şirkəti Türkiyəyə yeni sifariş verilib verilməyəcəyi mövzusunda ABŞ hökumətinin yönləndirməsini izləyəcək" deyib.
Müxalifət.az