“F-35-ləri verməzsə, bu ABŞ-ın zərərinə olacaq” - Türk professor

Baxış sayı:
11413

Üfüq Universitetinin Siyasət Elmlər Beynəlxalq Münasibətlər Kafedrasının müdiri professor Səncər İmer, Türkiyə-ABŞ arasında davam edən F-35 böhranında Rusiya-Türkiyə əməkdaşlığının əhəmiyyətini dəyərləndirib.
 
 Professor İmer ABŞ-ın F-35 tipli döyüş təyyarələrini Türkiyəyə təhvil vermək məcburiyyətində olduğunu bildirərək təhvilin həyata keçirilməməsinin ABŞ-ın zərərinə olacağını ifadə edib.
Türkiyənin F-35-ləri almadığı təqdirdə ABŞ-dan daha az zərərli çıxacağını bildirən professor İmer, "100 dənə F-35 alacaqdıq. Bunların dəyəri haradan baxsanız 13 -15 milyard dollardır. Türkiyə həmçinin layihəyə əvvəldən də daxildir. Lakin bunu qeyd etməkdə də fayda var, əgər F-35-ləri verməsələr Türkiyə çox qazanclı çıxacaq. Çünki Alman Hava Qüvvələrinin dövlətə açıq olan hesabatında eynilə bu ifadələr yer alır. F-35-ləri almayaq. Almaniya da 100 dənə alacaqdı. Çünki F-35-lər uçması lazım olan vaxtın dörddə birini ancaq uca bildi. Həmçinin atdığını da dəqiq vurmur. Bu təyyarələri müdafiə etmədə istifadə etmək çox da əlverişli olmayacaq" deyə söyləyib.
Prezident Donald Trampın bu qalmaqal qarşısında öz silah istehsalçılarını sorğuya çəkməsi lazım olduğunu deyən professor İmer, bunları söyləyib: "ABŞ-lılar və Almanlar tornado təyyarələri və modernləşdirilmiş F-16-ların çox daha yaxşı vəziyyətdə olduğunu deyir. Biz də bu cür tənzimləmələrə gedə bilərik. F-35-ləri Avropadan, Rusiyadan, Çindən də ala bilərik. Hətta bu ölkələrlə müştərək istehsal da həyata keçirə bilərik. Beləliklə, ABŞ burada yalnız itirən tərəf olacaq, əgər belə bir addım atarsa. Türkiyəni bununla təhdid etməsin. Onsuz da S-400-ləri gətirməklə havadan gələcək hər cür təhlükəni aradan qaldırmış oluruq".
İmer ABŞ-ın F-35-ləri vermədiyi təqdirdə Ankara ilə Moskvanın daha keyfiyyətli Rus Su-57 təyyarəsinin alişı məsələsində danışıqları və mümkün bir müqavilə nəticəsində də birgə istehsalı təşkil edə biləcəyini ifadə edib.
Müxalifət.az