​“F-35-ləri də alacağıq, S-400-ləri də…” – Ərdoğan

Baxış sayı:
4192

Biz “Patriot”ları Barak Obamanın dövründə istədik, ancaq eks-prezident bizə “Konqres icazə vermir” dedi. Bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. “Trampa dedik ki, bu işin önünü kəsən Obama oldu. Sən Konqresdən icazə ala bilirsənsə, biz “Patriot” da alaq. Həm S-400, həm də “Patriot”umuz olsun. F-35 qırıcılarından da 5 dənəsini bizim general və pilotlarımıza təhvil verdilər. Ancaq aparatları vermədilər. Hazırda oraya 7 milard dollar dəyərində təyyarə hissələrini göndəririk. Bir az naz edirlər, topu meydanın ortasında oynadırlar, ancaq bu iş mümkünsüz deyil. Gec-tez, biz F-35-ləri alacağıq. S-400-lər də ölkəmizə gələcək”, – Ərdoğan qeyd edib. /Axar.az