F-35-lər təslim edilərkən ABŞ-dan SON HƏMLƏ

Baxış sayı:
5440

Türkiyə, F-35 layihəsi çərçivəsindəki ilk təyyarəni ABŞ Teksas-Fort Worthde yer alan Lockheed Martin müəssisələrində təşkil olunan rəsmi mərasimlə təslim aldı. Təyyarənin təslim edildiyi saatlarda bir qrup Amerikalı senator təyyarələrin Türkiyəyə gəlişini əngəlləmək üçün hərəkətə keçib.
 
Türkiyənin ilk iki F-35 döyüş təyyarəsini istehsalçı firma Lockheed Martinin Texas Fort Worthdeki obyektlərində təslim aldığı saatlarda bir qrup Amerikalı senator, Senatın Xarici Əlaqələr Komissiyasında təyyarələrin Türkiyəyə gəlişini əngəlləmək məqsədiylə bu dəfə də Xarici İşlər Nazirliyi və Xarici Əməliyyatlar Vəsait Qanununa yeni əlavələr qəbul etdirib.
Senat bu yöndə ABŞ Müdafiə Nazirliyindən Türkiyənin F-35 proqramından çıxarılmasına dair müfəssəl hesabat tələb edilmişdi.
 
POMPEODAN HESABAT TƏLƏB OLUNDU
 
Vəsait Qanun layihəsinə edilən əlavələrlə senatorlar bu dəfə də şəxsən dövlət katibi Mayk Pompeodan bir hesabat istəyib. Van Hollenın Respublikaçı senatorlar Lindsey Qrehem və Ceyms Lankford ilə birlikdə gündəmə gətirdiyi son dəqiqə dəyişiklikləri Xarici Əlaqələr Komissiyasında qəbul edilib. Bu, Pompeonun qanun çıxandan sonra 30 gün ərzində Konqresdəki əlaqədar komissiyalara Türk hökumətinin S-400-ləri satın alıb, almadığına dair qəti bir qiymətləndirməni əks etdirən ətraflı hesabat təqdim etməsini nəzərdə tutur.
Müxalifət.az